Azərbaycan, Bakı, 12 may / Trend müxbir İ.İsabalayeva/
Bakıda 1 nəfər quyuya düşərək ölüb.
Trend şənbə günü Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda 1 nəfər quyuya düşüb.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü Nəriman Calal oğlu Cavadov təmir işləri aparan zaman sahəsi 2 kv.m, dərinliyi, təxminən, 16-18 m olan su quyusuna (suyun səviyyəsi, təxminən, 0,5 metrdir) düşüb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə Cavadovu quyudan çıxarıb və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub.