Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir A.Tağıyeva/
Bazar ertəsi Suriyanın İdlib şəhərində təhlükəsizlik qüvvələri ilə müxalifət arasında baş verən toqquşmalarda 18 nəfər həlak olub. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
BMT-nin məlumatına görə, Suriyada münaqişə nəticəsində ölənlərin ümumi sayı 12 min nəfəri ötüb, 230 min insan qaçqına çevrilib, bir milyona yaxın insanın humanitar yardıma ehtiyacı var.