...

FHN Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 27 İyun 2012 17:01 (UTC +04:00)
Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də "NOVA" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.
FHN Qobustanda 5 nəfərin ölümü ilə nəticələnən yol qəzası barədə məlumat yayıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:32-də yayılıb)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Qobustan rayonunda, Bakı-Şamaxı yolunun 110-cu km-də "NOVA" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə, "VAZ" markalı minik avtomobilinin sürücüsü - 1961-ci il təvəllüdlü Abdullayev Nadir Sədr oğlu və avtomobildə olan 4 sərnişin - 1962-ci il təvəllüdlü Abdullayeva Qənirə Aslan qızı, 1990-cı il təvəllüdlü Abdullayev Farız Nadir oğlu, 1967-ci il təvəllüdlü Aslanova Xoşgül Əli qızı və 1937-ci il təvəllüdlü Aslanova Səkinə Əliş qızı hadisə yerində vəfat ediblər.

Hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan şəxslərin cəsədlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti