...

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrdə 43 nəfər ölüb, 66 nəfər xəsarət alıb

Hadisə Materials 11 İyul 2012 14:01 (UTC +04:00)
Azərbaycanda bu ilin I yarısında 4057 təbii və texnogen mənşəli hadisə baş verib.
Azərbaycanda təbii və texnogen mənşəli hadisələrdə 43 nəfər ölüb, 66 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 11 iyul /Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin I yarısında 4057 təbii və texnogen mənşəli hadisə baş verib.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1427 hadisə və ya 54 faiz çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 43 nəfər həlak olub, 66 nəfər xəsarət alıb, 143 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.

Xəbər lenti

Xəbər lenti