Azərbaycan, Qəbələ, 15 İyul /Trend müxbir E. Mehdiyev/
Bakı Qəbələ yolunun 221-ci kilometirində "Qazel" markalı yük avtomobili Dəmiraparаn çayının sol qolunun üzərindəki körpüdən aşıb. Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, içində bir sürücü və sərnişin olan avtomobil körpü üzərindəki dəmir bəndi aşırdaraq çaya düşüb.
Hadisə yerində olan insanların köməkliyi ilə, yüngül xəsarətlər alan sürücü və sərnişin avtomobildən çıxarılıb.