...

İstanbulda ticarət mərkəzində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 17 İyul 2012 13:42 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 42 mərtəbəli ticarət mərkəzində baş verən yanğın söndürülüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.
İstanbulda ticarət mərkəzində baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB-2)

Yanğının söndürülməsi barədə məlumat əlavə olunub (ilk xəbər 13:06-da yayılıb)

Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir R.Hafizoğlu/

Türkiyənin İstanbul şəhərində 42 mərtəbəli ticarət mərkəzində baş verən yanğın söndürülüb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.

Yanan binanın ərtafında yaşayış evləri və yanacaqdoldurma məntəqəsindən insanlar təxliyə edilib.Yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürən gətirilib.

Verilən məlumata görə, yanan binada xeyli sayda insan var və onların təxliyə edilməsi üçün tədbirlər görülür. Binanın girişi yandığından binadakı əhalinin təxliyə edilməsi çətinləşib.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil.

Yanğın nəticəsində ölən və yaralananlar haqqında məlumat yoxdur.

FOTO Milliyet

Xəbər lenti

Xəbər lenti