...

Qobustan həbsxanasına xurmanın içərisində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 11 Avqust 2012 14:55 (UTC +04:00)
Fakt üzrə araşdırma aparılır.
Qobustan həbsxanasına xurmanın içərisində heroin keçirilməsinin qarşısı alınıb (FOTO)

Azərbaycan, Bakı, 11 avqust /Trend müxbir K.Zərbalıyeva/

Qobustan həbsxanasına xurma dənələrinin içərisində heroin keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, avqustun 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbsxanada cəza çəkən 1973-cü il təvəllüdlü Məmmədov Nadir İlkin oğluna xalası oğlu vətəndaş Altıxanov Sabir Azad oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman xurma dənələrinin içərisindən ümumi xalis çəkisi 4,498 qram heroin aşkar edilərək götürülüb.

Məmmədov Cinayət Məcəlləsinin quldurluq (181.3.2) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azaqdlıqdan məhrum edilərək həbsxanada cəza çəkir.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti