...

Yevlaxda maye qaz doldurma məntəqəsində partlayış olub, ölən var

Hadisə Materials 17 Oktyabr 2012 11:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Yevlaxda maye qaz doldurma məntəqəsində partlayış olub, ölən var.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da saat 16:30 radələrində Yevlax şəhəri ərazisindəki maye qaz doldurma məntəqəsində, orada işləyən Elbrus Abdullayev məişətdə istifadə olunan qaz balonunu doldurarkən partlayış baş verib.

Nəticədə Abdullayev hadisə yerində ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti