...

DİN "Yağmur" restoranında baş verən hadisə ilə bağlı məlumat yayıb (FOTO)

Hadisə Materials 19 Oktyabr 2012 10:28 (UTC +04:00)
Oktyabrın 19-da gecə Bakının Sabunçu rayonunun Qaraçuxur qəsəbəsində "Yağmur" restoranında baş vermiş silahlı insident zamanı ölən və xəsarət alan olmayıb.
DİN "Yağmur" restoranında baş verən hadisə ilə bağlı məlumat yayıb (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Oktyabrın 19-da gecə Bakının Sabunçu rayonunun Qaraçuxur qəsəbəsində "Yağmur" restoranında baş vermiş silahlı insident zamanı ölən və xəsarət alan olmayıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin Trend-ə verdiyi məlumata görə, Rusiyada kriminal avtoritet kimi tanınan Nəriman adlı şəxs həbsdən azad olunması münasibətilə dünən axşam həmin restoranda şadlıq məclisi təşkil edib. Məclisdə Rusiyadan və digər ölkələrdən olan kriminal avtoritetlər iştirak edib.

Mənbənin sözlərinə görə, həmin restoranda kriminal avtoritetlərin zərərsizləşdirilməsi və saxlanılması məqsədilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı ölən və xəsarət alan olmayıb. Əməliyyat nəticəsində restorandakı avtoritetlər zərərsizləşdirilib və saxlanılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, əvvəllər məhkum olunmuş, özlərini kriminal avtoritet adlandıran bir qrup şəxsin "Yağmur" restoranında toplantı keçirməsi ilə bağlı nazirliyə əməliyyat məlumatı daxil olub. Həmin məlumat yoxlanılarkən təsdiqini tapıb. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları həmin ərazidə xüsusi əməliyyat keçirib və həmin şəxslər saxlanılıblar. Mətbuat xidmətindən hadisə zamanı ölən və xəsarət alanların olmadığı bildirilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti