...

DİN Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

Hadisə Materials 22 Oktyabr 2012 12:27 (UTC +04:00)
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat verib.
DİN Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili İşlər Nazirliyi Beyləqanda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 21-də Beyləqan rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat verib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov və onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəlib.

Süleymanov onlardan tüfənglərini təhvil vermələrini tələb edib. Tələb yerinə yetirilmədiyindən Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə, Süleymanov aldığı xəsarətdən ölüb, Alxanov və Cəfərov xəsarət alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti