...

Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 17-yə çatıb

Hadisə Materials 10 Noyabr 2012 12:30 (UTC +04:00)
Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 17-yə çatıb

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə hərbi vertolyotun qəzaya uğraması nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. Bu barədə Trend şənbə günü Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Qəzetin məlumatına görə, qəza nəticəsində vertolyotun heyətinin bütün üzvləri ölüb.

"TRT Haber" telekanalının daha əvvəl verdiyi məlumata görə, Türkiyənin Siirt şəhərində göyərtəsində 13 hərbçinin olduğu hərbi vertolyot qəzaya uğrayıb.

Telekanalın məlumatına görə, qəzaya səbəb vertolyotun texniki nasazlığı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti