...

İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ baş verib

Hadisə Materials 16 Noyabr 2012 09:59 (UTC +04:00)
Dünən axşam İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərləri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib.
İranın Şərqi Azərbaycan əyalətində yenidən zəlzələ baş verib

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir T.Cəfərov/

Dünən axşam İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərləri yaxınlığında Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla 7:28-də qeydə alınıb. Bundan sonra bu gün səhərə kimi həmin bölgədə daha 4 zəlzələ baş verib.

Zəlzələ nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətinin Vərzaqan və Əhər şəhərlərində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, 2500 yaxın adam xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmış, təxminən beş min bina zərər görmüşdü.

Həmin zəlzələdən sonra indiyədək bu bölgədə 3200 dəfə müxtəlif bal gücündə zəlzələlər baş verib. Sonuncu belə zəlzələ noyabrın 7-də Vərzaqan şəhərində Rixter cədvəli üzrə 5,2 bal gücündə baş vermişdi. Zəlzələ nəticəsində 50 nəfər xəsarət almışdı. Onların əksəriyyəti məktəblilər idi.

Soyuq havaların başlaması ilə Vərzəgan və Əhər şəhərlərində zəlzələdən zərərçəkən şəxslərin vəziyyəti ağırlaşır. Son günlərdə İran hökuməti bu şəhərlərdə tikinti işlərini sürətləndirsə də, hələdə əhalinin çoxu çadırlarda məskunlaşdırılıb ki, bu da soyuq havalarda onlar üçün problemlər yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti