Azərbaycan, Bakı, 16 dekabr /Trend/
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Pirallahı qəsəbəsindən Cilov adasına ərzaq aparmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış 1960-cı il təvəllüdlü Şükürov Əhmədağa Şirinbala oğlu qohumlarına zəng edərək qayığın mühərrikinin xarab olduğunu və dənizdə köməksiz vəziyyətdə qaldığını bildirilib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub.
Axtarış nəticəsində həmin şəxsin cəsədi tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.