Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bakıda şəxsi münasibətlər zəmnində silahlı insident baş verib.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 6-sı saat 18:00 radələrində Balaxını qəsəbəsində Əsəd Əliyev, oğlu Məhəmməd və qardaşı Seymur mübahisə zəminində Elçin Əliyevin alın nahiyyəsindən, Sadiq Musayevin ayaq nahiyyəsindən makarov tipli tapançadan və Elxan Bayramzadənin ürək nahiyyəsindən bıçaq xəsarətləri yetiriblər.
Yaralılar 3 saylı ŞKX-ya daxil olmuşlar. E.Əliyev və E.Bayramzadə orada ölmüş, S.Musayev isə yardım alaraq evə buraxılıb.
DİN BCAİ, BMCMİ, Bakı Şəhər BPİ CAİ və Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiklər əməliyyat tədbirləri nəticəsində Ə.Əliyev və M.Əliyev tutulmuş, onlardan "Makarov" tipli tapança və bıçaq götürülüb. Hadisənin digər iştirakçısı S.Əliyevin tutulması üçün əməliyyat tədbirləri davam etdirilir.
Bakıda şəxsi münasibətlər zəmnində silahlı insident baş verib, ölənlər var