Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir E.Mehdiyev/
Sumqayıtda "on line" qumarxana aşkar edilib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri ərazisində, şəhər sakini Hüseyn Nuriyevin "on line" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib.
Qumarxanaya baxış zamanı 6 dəst kompyuter, 30 ədəd futbol kuponları, 60 manat məbləğində uduşa qoyulmuş pul və digər sənədlər aşkar edilərək götürülüb.