...

Bakıda tutulan şəxsin daha 15 evi talan etdiyi müəyyənləşib

Hadisə Materials 23 Yanvar 2013 12:14 (UTC +04:00)
Bakıda tutulan şəxsin 2012-ci ildə 15 evi talan etməsi müəyyənləşib
Bakıda tutulan şəxsin daha 15 evi talan etdiyi müəyyənləşib

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir M.Əliyev/

Bakıda tutulan şəxsin 2012-ci ildə 15 evi talan etməsi müəyyənləşib.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə yanvarın 20-də Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulmuş Elçin Hüseynovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2012-ci və cari il ərzində Naibə Muradovanın, Nazilə Vəliyevanın, Mirallam Ağayevin, Mirmehdi Rəsulovun, Südabə Həsənovanın, Fərəməz Zülfüqarovun, Mehriban Adilovanın, Tərlan Mustafayevin, Sübhan Əliyevin, Cavanşir Əkbərovun, Samirə Sultanovanın, Şəmşir Alışovun, Sona Mərdəliyevanın, Tofiq Şiriyevin və Elman Babışovun evlərindən pul və qızıl əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti