...

Sumqayıtda kazino-qumarxana aşkarlandı

Hadisə Materials 18 Fevral 2013 14:08 (UTC +04:00)
Sumqayıt şəhəri ərazisindəki internet klubların birində kazino-qumarxana təşkil olunması müəyyən edilib.
Sumqayıtda kazino-qumarxana aşkarlandı

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhəri ərazisindəki internet klubların birində kazino-qumarxana təşkil olunması müəyyən edilib.

Daxili İşər Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacı Zeynəlabdin Tağıyev qəsəbəsi ərazisindəki internet klubların birində onlayn sistemi ilə kazino-qumarxana təşkil edildiyi müəyyən edilib.

İnternet klub qəsəbə sakini Alı Rəsulova məxsusdur.

Oraya baxış zamanı 2 kompüter dəsti aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti