...

Lənkəranda diş oğruları tutulub

Hadisə Materials 28 Fevral 2013 13:31 (UTC +04:00)
Lənkəranda tutulan oğruların evindən 15 ədəd qızıl diş tapılıb.
Lənkəranda diş oğruları tutulub

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/

Lənkəranda tutulan oğruların evindən 15 ədəd qızıl diş tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, dünən Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri Ramiz Talıbov və Əşrəf Məmmədov tutulublar.

Onlar fevralın 25-də Vasif Məmmədova məxsus stomotoloji kabinetdən 25-30 qram qızıl dişləri oğurlamaqda ittiham edilirlər.

Polis əməkdaşları Məmmədovun evinə baxış zamanı 4,4 qram heroin və 15 ədəd qızıl diş aşkar edilərək götürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti