...

Bakıda bayram qabağı qadın qadını bıçaqladı

Hadisə Materials 8 Mart 2013 12:30 (UTC +04:00)
Nizami rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.
Bakıda bayram qabağı qadın qadını bıçaqladı

Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/

Nizami rayonunda qadına bıçaqla xəsarət yetirmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Bakının Nizami rayonunda yaşayan Validə Abbasova münaqişə zəminində onunla birgə yaşayan Samirə Məmmədovaya bıçaqla xəsarət yetirib.

Abbasova Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti