Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Cəfərov/
Bu gün İranın Şərqi Azərbaycan əyalətinin Vərzəgan şəhərində yenidən zəlzələ baş verib. Bu barədə Trend ISNA agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, zəlzələnin gücü Rixter cədvəli üzrə 4 bal olub.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.
Xatırladaq ki, 2012-ci il avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölmüş, təqribən 2500-ü xəsarət almışdı. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılmışdı. Təxminən beş min bina zərər görmüşdü.