...

Rus azərbaycanlıları Türkiyədə "satırmış"

Hadisə Materials 29 Mart 2013 16:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Yelena Tkaçova saxlanılıb.
Rus azərbaycanlıları Türkiyədə "satırmış"

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İ.İzzət/

Gəncə şəhər sakini qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Yelena Tkaçova saxlanılıb.

Məlum olub ki, Tkaçova bir qrup şəxslə cinayət əlaqəsinə girib və gəlir əldə etmək məqsədilə azərbaycanlı qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyurmuş.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti