...

İndoneziyada göyərtəsində 100-dən çox insanın olduğu təyyarə dənizə düşüb, itki yoxdur (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Aprel 2013 14:13 (UTC +04:00)
İndoneziyanın "Lion Air" aviaşirkətinin göyərtəsində 101 sərnişin və ekipaj üzvlərinin olduğu təyyarənin qəzaya uğraması insan itkisi ilə nəticələnməyib.
İndoneziyada göyərtəsində 100-dən çox insanın olduğu təyyarə dənizə düşüb, itki yoxdur (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 13:47-də yayılıb)

Azərbaycan, Bakı, 13 aprel /Trend/

İndoneziyanın "Lion Air" aviaşirkətinin göyərtəsində 101 sərnişin və ekipaj üzvlərinin olduğu təyyarənin qəzaya uğraması insan itkisi ilə nəticələnməyib. Trend-in şənbə günü RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarə İndoneziyanın Bali adasında aeroportun eniş zolağından yan keçərək dənizə düşüb.

"Təyyarə hissələrə parçalanıb", - "Nqurah-Ray" Bali beynəlxalq hava limanının katibi Fərid İndra deyib.

Buna baxmayaraq, "Boeing 737 900 ER" təyyarəsinin göyərtəsində olan insanların hamısı sağ qalıb və hazırda təhlükəsiz yerdədirlər.

"Frans Press" agentliyinin məlumatına görə, təyyarənin göyərtəsində 130-dan artıq insan olub, "Reuter" agentliyi isə 172 sərnişinin xilas edildiyini bildirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti