...

Türkiyədə turist avtobusu su anbarına düşüb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 1 May 2013 16:31 (UTC +04:00)
Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda turistləri daşıyan avtobus su anbarına düşüb.
Türkiyədə turist avtobusu su anbarına düşüb, ölənlər var (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 15:16-da yayılıb)

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Kayseri vilayətinin Yahyalı rayonunda turistləri daşıyan avtobus su anbarına düşüb. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Avtobusda 30-dan çox sərnişin olub. İlkin məlumatlara görə, hadisə nəticəsində ən azı 6 nəfər ölüb, 23-ü xəsarət alıb, 5 nəfər isə itkin düşüb.

Avtobusun sərnişinləri turist kimi Kayseriyə gedən Nevşehir vilayətinin müəllimləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti