...

İrkutskda "Mi-8" vertolyotunun qəzaya uğradığı yerdə ölənlərdən ikisinin cəsədi tapılıb

Hadisə Materials 7 May 2013 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Rusiyanın İrkutsk əyalətində "Mi-8" vertolyotunun qəzaya uğraması nəticəsində ölən iki nəfərin cəsədi tapılıb. Trend RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə çərşənbə axşamı Rusiya FHN-in İnformasiya idarəsinin rəhbəri Oleq Voronov bildirib.

"Bu gün axtarış-xilasetmə işlərinin aparılması zamanı həmin şəxslərin cəsədləri aşkarlanıb. Hazırda onların təxliyyəsi üçün tədbirlər görülür", - o bildirib.

Vertolyotda olan digər şəxslər və ekipaj üzvlərinin taleyi haqqında hələ ki məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti