Azərbaycan, Bakı, 13 may /Trend/
Türkiyənin daxili işlər naziri Müəmmər Gülər Reyhanlı şəhərində baş vermiş partlayışlarla əlaqədar sualları cavablandırıb.
"46 nəfər həlak oldu, onlardan 38-nin şəxsiyyəti müəyyən edilib. Şəxsiyyəti müəyyən edilməyənlər üçün isə DNK analizi aparılacaq", - Trend Türkiyə KİV-ə istinadən məlumat verir ki, bunu nazir deyib.
O qeyd edib ki, hadisənin "əl-Qaidə" ilə heç bir əlaqəsi yoxdur.
"Məktəblərin bağlanması ilə bağlı bir qərar yoxdur", - Gülər bildirib.