...

Bakıdakı yol qəzası iki nəfərin ölümü ilə nəticələndi

Hadisə Materials 13 May 2013 14:57 (UTC +04:00)
Bakının Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi sürücü və sərnişinin ölümü ilə nəticələnib.
Bakıdakı yol qəzası iki nəfərin ölümü ilə nəticələndi

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İ.İzzət/

Bakının Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi 2 nəfərin ölümü ilə nəticələnib.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 13-də saat 00.30 radələrində Bakının Mərdəkan qəsəbəsi ərazisində şəhər sakinləri Ağaməmməd Qəhrəmanovun idarə etdiyi "Toyota" markalı və Mirabbas Əlimuradovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub.

Nəticədə "VAZ-21015"un sürücüsü Mirabbas Əlimuradov və sərnişini Məmmədəli Quliyev hadisə yerində ölüblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti