...

Türkiyənin DİN rəhbəri: Ölkədə gün ərzində 90-dan yuxarı etiraz aksiyası keçirilib

Hadisə Materials 2 İyun 2013 00:15 (UTC +04:00)
Türkiyənin 48 şəhərində 90-dan yuxarı etiraz aksiyası keçirilib.
Türkiyənin DİN rəhbəri: Ölkədə gün ərzində 90-dan yuxarı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Türkiyənin 48 şəhərində 90-dan yuxarı etiraz aksiyası keçirilib. Bu barədə Trend Türkiyənin daxili işlər naziri Muammer Gülerə istinadən şənbə günü məlumat verir.

Onun sözlərinə görə, etiraz aksiyaları ilə əlaqədar, 939 nəfər saxlanılıb, onlardan bir qismi ifadə verdikdən sonra sərbəst buraxılıb.

Nazir bildirib ki, Taksim meydanında etiraz aksiyaları başladığı vaxtdan indiyənədək 53 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti