...

Bərdədə oğlu bıçaqlanmış ata qatilə çevrildi

Hadisə Materials 10 İyun 2013 17:08 (UTC +04:00)
Bərdədə oğlunun bıçaqlandığını görən ata əsəblərinə hakim kəsilə bilməyib və ogluna xəsarət yetirən şəxsi öldürüb.
Bərdədə oğlu bıçaqlanmış ata qatilə çevrildi

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

Bərdədə oğlunun bıçaqlandığını görən ata əsəblərinə hakim kəsilə bilməyib və ogluna xəsarət yetirən şəxsi öldürüb.

Trend EL TV-yə istinadən xəbər verir ki, həmkəndlilər arasında baş verən mübahisə ölümlə nəticələnib. Hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb. Kənd sakinləri Orucov Sahib Dilən oğlu və Süleymanov Razil Nürəddin oğlu arasında köhnə dəyirman adlanan yerdə dava baş verib.

Mübahisə nəticəsində Orucov Sahib Süleymanov Razilə kürək nayihəsindən iki bıçaq vurub. Münaqişə zamanı hadisə yerində olan Razil Süleymanovun atası Nürəddin Süleymanov oğlunun bıçaqlandığını görərək, o da Sahib Orucovu ürək nayihəsindən bıçaqlayıb. Sahib Orucov aldığı zərbədən hadisə yerindəcə dünyasını dəyişib. İki bıçaq yarası alan Razil Süleymanov Yevlax Mərkəzi rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Bərdə rayon prokurorluğunun müstəntiqi Bilal Məmmədovun sözlərinə görə, baş verən hadisə ilə bağlı cinayət işi açılıb. Ailələr arasında ədavətin hansı səbəbdən baş verməsi və hadisənin dəqiq təfərrüatları isə aparılan istintaq zamanı müəyyənləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti