...

“Ford” markalı avtomaşından külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Hadisə Materials 5 İyul 2013 13:33 (UTC +04:00)
DİN-in Təhlükəsiz Şəhər, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Natiq Qarayevə məxsus “Ford” markalı avtomaşından 20000 dollar pulun Sumqayıt şəhər sakini Nicat Quliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Əsədov tərəfindən oğurlandığı müəyyən edilib.
“Ford” markalı avtomaşından külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Azərbaycan, Bakı, 5 iyul /Trend/

DİN-in Təhlükəsiz Şəhər, Nəsimi RPİ və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Natiq Qarayevə məxsus "Ford" markalı avtomaşından 20000 dollar pulun Sumqayıt şəhər sakini Nicat Quliyev və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Akşin Əsədov tərəfindən oğurlandığı müəyyən edilib.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində N.Quliyev Sumqayıt şəhərinin ərazisində idarə etdiyi "Mercedes" markalı avtomaşında tutulub, A.Əsədovun tutulması istiqamətində isə tədbirlər davam etdirilir.

N.Quliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşına baxış zamanı başqa avtomobilə məxsus olan Az 90 MV 775 dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti