...

Türkiyədə həmcinslərinin "alver"ini təşkil edən sumqayıtlı qadın saxlanıldı

Hadisə Materials 9 İyul 2013 13:24 (UTC +04:00)
Sumqayıt şəhər sakininin qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkar olunub.
Türkiyədə həmcinslərinin "alver"ini təşkil edən sumqayıtlı qadın saxlanıldı

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhər sakininin qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkar olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Gülxatun Əliyevanın bir qrup şəxslə cinayət əlaqəsinə girib, gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı aşkar olunub.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti