...

Şəkil çərçivəsinin arasında psixotrop maddə aşkar edildi

Hadisə Materials 16 İyul 2013 11:37 (UTC +04:00)
Azərbaycan gömrükçüləri şəkil çərçivəsində psixotrop maddə aşkar ediblər.
Şəkil çərçivəsinin arasında psixotrop maddə aşkar edildi

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/

Azərbaycan gömrükçüləri şəkil çərçivəsində psixotrop maddə aşkar ediblər.

Dövlət Gömrük Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İran İslam Respublikasının vətəndaşları Məhbub Qəhrəmani və Fərbud Radfar idarə etdikləri "MAN" markalı sərnişin avtobusu ilə İrandan Azərbaycan Respublikasına gələrkən Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində gömrük nəzarətindən keçiblər.

Gömrük nəzarəti zamanı avtobusun salonunda oturacaqların üzərindəki bağlama gömrük əməkdaşlarının diqqətini cəlb edib və ona baxış keçirilib. Həmin bağlamaya baxış zamanı oradan üzərinə şəkil həkk olunmuş çərçivənin arasına xüsusi qaydada yerləşdirilmiş 1 ədəd polietilen paketdə, xalis çəkisi 51,3 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti