...

Bakıda ev yiyəsi ilə qohumu kirayənişini və onun qonağını bıçaqladılar

Hadisə Materials 17 İyul 2013 12:00 (UTC +04:00)
Bakıda qohumu ilə əlbir olan ev yiyəsi evində kirayə yaşayan şəxsi və onun qonağını bıçaqlayıblar.
Bakıda ev yiyəsi ilə qohumu kirayənişini və onun qonağını bıçaqladılar

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir İ.İzzət/

Bakıda qohumu ilə əlbir olan ev yiyəsi evində kirayə yaşayan şəxsi və onun qonağını bıçaqlayıblar.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 16-sı saat 03:00 radələrində Bakıxanov qəsəbəsi Məmmədbəyli küçəsi 1 ünvanında yaşayan Xəyal Kərimov və qohumu Əmrah Rəhimli kirayəşin Anar Təhməzova və onun yanına qonaq gəlmiş Xəyal Quluzadəyə bıçaq xəsarəti yetiriblər.

Kərimov və Rəhimli Sabunçu Rayon Polis İdarəsionin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən tutulublar.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırma gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti