Türkiyənin Bodrum vilayətində meşə massivi yanır

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin Bodrum vilayətində meşə yanğınları baş verib. Trend-in bazar ertəsi "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, artıq bir neçə saatdır ki, meşə yanğınlarını söndürmək mümkün olmur.
Yanğının söndürülməsinə 3 təyyarə, 4 vertolyot və meşədə çalışan 50-dən artıq işçi cəlb edilib.
Güclü külək yanğının söndürülməsini çətinləşdirir.
Yanğınsöndürənlər yanğının ətraf ərazi və yaşayış massivlərinə yayılmasının qarşısını almağa çalışırlar.
Xəbər lenti
Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
Məktəblərdə koronavirusun qarşısının alınması üçün bütün zəruri tədbirlər görüləcək - Nazir müşaviri