Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir A. Tağıyeva/
Türkiyə təhlükəsizlik qüvvələrinin İstanbulda keçirdiyi xüsusi əməliyyat zamanı iri həcmdə narkotik vasitə müsadirə edilib. Bu barədə Trend çərşənbə axşamı "Sabah" qəzetinə istinadən məlumat verir.
Məlumata görə, əməliyyat iyulun 23-də sahər saatlarında bir neçə ünvan üzrə aparılıb. Əməliyyat zamanı onlarla insan saxlanılıb.
Saxlanılanlar İstabul polisinin Narkotiklərlə mübarizə şöbəsinə aparılıb.
Fakt üzrə cinayət işi qaldırılıb.