...

"Ostankino"da yanğın baş verib, mindən çox insan təxliyyə olunub

Hadisə Materials 31 İyul 2013 00:08 (UTC +04:00)
Moskvada "Ostankino" telemərkəzində yanğın baş verib, mindən çox insan təxliyyə olunub.
"Ostankino"da yanğın baş verib, mindən çox insan təxliyyə olunub

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Moskvada "Ostankino" telemərkəzində yanğın baş verib, mindən çox insan təxliyyə olunub. Trend RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bu barədə FHN-in Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Viktor Biryukov bildirib.

Biryukov deyib ki, hazırda təxliyyə işləri davam edir: "İnzibati binadan 10, ümumilikdə isə telemərkəzdən mindən çox insan təxliyyə olunub".

Onun sözlərinə görə, yanğınla bağlı 4-cü dərəcəli çağırış elan edilib.

Hazırda yanğın 150 kvadratmetr ərazini əhat edib.

Məlumata görə, artıq yanğının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti