...

Beyləqanda avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

Hadisə Materials 21 Avqust 2013 12:57 (UTC +04:00)
Beyləqan rayonu ərazisində “Mercedes” markalı avtomaşınla “Muravey” markalı motosiklet toqquşublar.
Beyləqanda avtomobillə toqquşan motosikletin sürücüsü ölüb

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir İ.İzzət/

Beyləqan rayonu ərazisində "Mercedes" markalı avtomaşınla "Muravey" markalı motosiklet toqquşublar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 20-də saat 21.00 radələrində Beyləqan rayonu ərazisində rayon sakini Kənan Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınla Örənqala qəsəbə sakini Elnur Nuriyevin idarə etdiyi "Muravey" markalı motosiklet toqquşublar.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Elnur Nuriyev orada ölüb.

Beyləqan RPŞ tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti