...

Bakının mərkəzində İsmayıllı sakinini döyüb talamış dəstə tutulub

Hadisə Materials 27 Avqust 2013 11:56 (UTC +04:00)
Bakının mərkəzində İsmayıllı sakinini döyüb talamış dəstə tutulub.
Bakının mərkəzində İsmayıllı sakinini döyüb talamış dəstə tutulub

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İzzət/

Bakının mərkəzində İsmayıllı sakinini döyüb talamış dəstə tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, üç nəfər naməlum şəxs Dilarə Əliyeva küçəsində yerləşən parkda İsmayıllı rayon sakini Rahim Mehdiyevi döyərək 45 manatını və mobil telefonunu talayıblar.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Rəcəbov, Rasim Məmmədov və Gəncə şəhər sakini Elmir Fərəcov tutulublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti