...

Bakıda avtoyuma məntəqəsində ölüm baş verib

Hadisə Materials 29 Avqust 2013 12:59 (UTC +04:00)
Avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərəyanı vurması nəticəsində ölüb.
Bakıda avtoyuma məntəqəsində ölüm baş verib

Azərbaycan, Bakı, 29 avqust /Trend, müxbir İ.İzzət/

Avtoyuma məntəqəsində işləyən şəxsi elektrik cərəyanı vurması nəticəsində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, avqustun 28-də paytaxtın Nəsimi rayonu ərazisindəki avtoyuma məntəqəsində, orada işləyən Cəlilabad rayon sakini Cəmil Ağayev ölüb.

O, elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti