...

Dövlət Sərhəd Xidməti əsgərin intiharı məsələsinə aydınlıq gətirib

Hadisə Materials 29 Avqust 2013 15:02 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin əsgəri özünü asaraq intihar edib
Dövlət Sərhəd Xidməti əsgərin intiharı məsələsinə aydınlıq gətirib

Azərbaycan, Bakı, 29 avqust / Trend müxbir M.Əliyev/

Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsinin əsgəri, 23 mart 1994-cü il təvəllüdlü, 2012-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılmış Məmmədov Nofəl Nofəl oğlu cümə axşamı naməlum səbəbdən özünü asaraq intihar edib.

Trend-in məlumatına görə, bu barədə DSX-in rəsmi saytında bildirilib.

Faktla bağlı Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidmətinin rəhbər nümayən­dələri tərəfindən hadisə yerində araşdırma aparılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisənin təfərrüatları barədə əlavə məlumat veriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti