...

Bərdədə odlu silahla qətl hadisəsi törədilib

Hadisə Materials 10 Sentyabr 2013 09:42 (UTC +04:00)
Bərdə Rayon Prokurorluğundan Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, S.Cəmilov polis şöbəsinə gələrək könüllü təslim olub, cinayətdə işlətdiyi ov tüfəngini təhvil verib.
Bərdədə odlu silahla qətl hadisəsi törədilib

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir İ.İzzət/

Bərdə rayonunda odlu silahdan qətl hadisəsi törədilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə daxil olan məlumata görə, sentyabr 9-da saat 23.00 radələrində Bərdə rayonunun Vəliuşaqlı kənd sakini 1977-ci il təvəllüdlü Seymur Cəmilov həmkəndlisi 1974-cü il təvəllüdlü Elman Qurbanova ov tüfəngindən iki atəş açaraq onu öldürüb.

Bərdə Rayon Prokurorluğundan Trend-ə faktı təsdiqləyiblər və bildiriblər ki, S.Cəmilov polis şöbəsinə gələrək könüllü təslim olub, cinayətdə işlətdiyi ov tüfəngini təhvil edib.

İlkin ehtimala görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti