...

Bakıda polis geyimindən istifadə edərək polis idarəsində "xidmət aparan" şəxs tutulub

Hadisə Materials 18 Sentyabr 2013 15:20 (UTC +04:00)
Bakıda qanunsuz olaraq polis geyimindən istifadə edən şəxs saxlanılıb.
Bakıda polis geyimindən istifadə edərək polis idarəsində "xidmət aparan" şəxs tutulub

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda qanunsuz olaraq polis geyimindən istifadə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 17-də DİN BDYPİ-nin inzibati binasında, yol polisinin baş serjantı geyimində olan naməlum şəxs özünü şübhəli apardığından komendant xidmətinin əməkdaşları ondan xidməti vəsiqəsini təqdim etməyi xahiş ediblər. Bu zaman qaçmağa cəhd göstərmiş həmin şəxs saxlanılıb.

Onun Bakı şəhər sakini Əfsun Rəcəbov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti