...

Bakıda avtobus qarşısına çıxan “cip”i sürüdü (VİDEO)

Hadisə Materials 27 Sentyabr 2013 12:07 (UTC +04:00)
Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Bakıda avtobus qarşısına çıxan “cip”i sürüdü (VİDEO)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Trend xəbər verir ki, günorta saatlarında Bakının Nizami rayonunda, "Xəzər" Universitetinin yaxınlğındakı dairədə "Lifan" markalı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

"Cip" tipli minik avtomobili dairədən çıxarkən əsas yolu gözləmədən düz yolla hərəkətdə olan sərnişinlə dolu avtobusun qarşısına çıxıb. Nəticədə avtobus "cip"i qarşısına qataraq bir neçə metr sürüyüb.

Trend həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti