...

Qadınları Dubayda cinsi istimara məruz qoyan bakılı qadın tutulub

Hadisə Materials 30 Sentyabr 2013 13:20 (UTC +04:00)
Bakı şəhər sakininin qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.
Qadınları Dubayda cinsi istimara məruz qoyan bakılı qadın tutulub

Azərbaycan, Bakı, 30 sentyabr / Trend, müxbir İ.İzzət /

Bakı şəhər sakininin qadınları cinsi istismara məruz qoyması müəyyən edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə Bakı şəhər sakini Solmaz Əbiyevanın qadınları cinsi istismara məruz qoyması ilə bağlı məlumat daxil olub.

İdarənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Solmaz Əbiyeva saxlanılıb. Faktla bağlı aparılan araşdırma zamanı daxil olan məlumatlar təsdiqini tapıb.

Müəyyən edilib ki, Solmaz Əbiyeva qadınları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinə apararaq onları orada cinsi istismara məruz qoyub.

Qeyd edək ki, Solmaz Əbiyeva artıq əvvəllər məhkum həyatı yaşayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti