...

Mərkəzi Bankın qarşısında qəza: “QAZ-3110” yerində 360 dərəcə fırlandı (VİDEO)

Hadisə Materials 8 Oktyabr 2013 11:53 (UTC +04:00)
Bakıda Mərkəzi Bankın qarşısında iki minik avtomobili toqquşub.
Mərkəzi Bankın qarşısında qəza: “QAZ-3110” yerində 360 dərəcə fırlandı (VİDEO)

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakıda Mərkəzi Bankın qarşısında iki minik avtomobili toqquşub.

Trend xəbər verir ki, gecə saatlarında paytaxtın Füzuli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində qəza baş verib. Rəşid Behbudov küçəsi ilə yüksək sürətlə hərəkətdə olan qara rəngli "sedan" Füzuli küçəsi ilə hərəkətdə olan boz rəngli "QAZ-3110"la toqquşub. Hadisə zamanı arxa sol tərəfindən zərbə alan "QAZ-3110" yerindəcə 360 dərəcə fırlanıb. Qəza zamanı hər iki avtomobilə ziyan dəyib, avtomobillərin hissələri yolun ortasına səpələnib. Xoşbəxtlikdən hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Trend müşahidə kameraları tərəfindən qeydə alınan həmin qəzanın video görüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə, sürət həddinə riayət etməyə çağırır.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti