...

Bakı İstintaq təcridxanasında quldurluğa görə saxlanılan 35 yaşlı qadın intihar edib

Hadisə Materials 10 Oktyabr 2013 17:56 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Nurlana Nəsir qızı Əsədova təxminən saat 09:00 radələrində saxlanıldığı kamerada özünə məxsus mələfədən kəndir qismində istifadə edərək intihar edib.
Bakı İstintaq təcridxanasında quldurluğa görə saxlanılan 35 yaşlı qadın intihar edib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında quldurluğa görə saxlanılan 35 yaşlıq adın intihar edib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Nurlana Nəsir qızı Əsədova təxminən saat 09:00 radələrində saxlanıldığı kamerada özünə məxsus mələfədən kəndir qismində istifadə edərək intihar edib.

1978-ci il təvəllüdlü Nurlana Əsədova Abşeron rayon məhkəməsinin 01.10.2013-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq; silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Həbs edilmiş şəxs N.Əsədova 02.10.2013-cü il tarixdə Bakı İstintaq təcridxanasına qəbul edilərkən ilkin tibbi müayinədən keçirilib, ona "narkomaniya mənşəli psixo-emosional davranış pozuntusu; mastit" diaqnozu müəyyənləşdirilib və həkim psixiator-narkoloq və həkim terapevt tərəfindən ambulator qaydada müvafiq müalicə təyin edilib. Aparılmış müalicədən sonra vəziyyəti nisbətən stabilləşib və sonrakı müddətdə mütəmadi həkim nəzarətində saxlanılıb.

Görülmüş tədbirlərə baxmayaraq, həbs edilmiş şəxs N.Əsədova yuxarıda qeyd olunan zəmində və şəraitdə intihar etib.

Fakt üzrə Bakı şəhəri Sabunçu rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti