...

Türkiyədən külli miqdarda qeyri-qanuni qızıl gətirən şəxs saxlanılıb

Hadisə Materials 23 Oktyabr 2013 12:58 (UTC +04:00)
Türkiyədən külli miqdarda qeyri-qanuni qızıl gətirən şəxs saxlanılıb.
Türkiyədən külli miqdarda qeyri-qanuni qızıl gətirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 23 oktyabr / Trend, müxbir M.Əliyev/

Türkiyədən külli miqdarda qeyri-qanuni qızıl gətirən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən çərşənbə günü bildirilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları TK 336 saylı İstanbul-Bakı aviareysinin sərnişini, Azərbaycan Respublikasının vətəndaşı Qəribov Yaşar Nuru oğlunun baqajına X-Ray aparatı ilə baxış keçirərkən, monitorda qızıl-zinyət əşyaların təsvirləri əks olunub. Y.Qəribov gömrük zonasını tərk edərkən gömrük əməkdaşı tərəfindən saxlanılmış və mütləq bəyan olunası malların olub-olmadığı barədə şifahi sorğu-sual olunub. Gömrük bəyannaməsini təqdim etməyən və mütləq bəyan olunan malların olmadığını şifahi bildirəndən sonra ona məxsus baqaja müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilmişdir. Baxış zamanı çantada olan yataq örtüyünün arasından qara rəngli sellofan torbaya yerləşdirilmiş, ümumi çəkisi 307 qram olan qızıl-zinət əşyaları aşkarlanaraq protokol əsasında götürülmüşdür.

Faktla bağlı Qəribov Yaşar Nuru oğlu izahat verərək Bakıdan Türkiyənin İstanbul şəhərinə getdiyini, oradan satış və hədiyyə etmək məqsədi ilə aldığı 307 qram olan qızıl-zinət əşyalarını gömrük rüsumu ödəmədən ölkə ərazisinə keçirmək üçün gömrük orqanına bəyan etmədiyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti