...

Sabirabadda yanğın olub, 2 yaşlı qız uşağı ölüb

Hadisə Materials 23 Oktyabr 2013 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Sabirabadda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Quruzma kəndində (rayon mərkəzindən 31 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan, 3 otaq və aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları (evin tavanı və döşəməsi qamışdan və taxta konstruksiyalardan ibarətdir) yanıb.

Yanğın zamanı ev sahibinin həyat yoldaşı yanıq xəsarəti alıb və xəstəxanaya aparılıb. Evdə olan 2 nəfər azyaşlı yanğınsöndürənlər çatana kimi vətəndaşlar tərəfindən xilas edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin nəvəsi, 2011-ci il təvəllüdlü Sahilə Ceyhun qızı Xəlilzadənin cəsədi aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti