...

Lerikdə meşədə 10 gün əvvəl itkin düşən kişinin meyiti tapılıb

Hadisə Materials 13 Noyabr 2013 13:00 (UTC +04:00)
İtkin düşmüş Lerik rayonu sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Lerikdə meşədə 10 gün əvvəl itkin düşən kişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

İtkin düşmüş Lerik rayonu sakininin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 12-də Lerik rayonu Vamazqon kəndinin meşə zolağında üzərində zorakılıq əlamətləri görünməyən 35-40 yaşlı kişi meyiti tapılıb.

Araşdırmalar zamanı onun noyabrın 2-də itkin düşmüş həmin kənd sakini Cəbrayıl Liftiyev olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti