...

Qadın alveri ilə bağlı iki nəfər saxlanılıb

Hadisə Materials 20 Noyabr 2013 13:18 (UTC +04:00)
İnsan alveri ilə bağlı iki azərbaycanlı qadın saxlanılıb.
Qadın alveri ilə bağlı iki nəfər saxlanılıb

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İ.İzzət/

İnsan alveri ilə bağlı iki azərbaycanlı qadın saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Suqra Tağızadə saxlanılıb. Onun gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi müəyyən edilib.

İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə Yevlax rayon sakini Təranə Qarayeva saxlanılıb. Müəyyən edilib ki, T.Qarayeva gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb onları orada cinsi istismara məruz qoyurmuş.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti