...

Gömrük İttifaqının əleyhdarları Yerevanda aksiya keçirirlər

Hadisə Materials 26 Noyabr 2013 15:01 (UTC +04:00)
Təqribən 40-50 nəfər, o cümlədən Milli Özmüqəddəratını Təyinetmə Birliyi Partiyasının rəhbəri Paruyr Ayrikyan Yerevanda Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirir.
Gömrük İttifaqının əleyhdarları Yerevanda aksiya keçirirlər

Azərbaycan, Bakı, 26 noyabr /Trend/

Təqribən 40-50 nəfər, o cümlədən Milli Özmüqəddəratını Təyinetmə Birliyi Partiyasının rəhbəri Paruyr Ayrikyan Yerevanda Prezident Administrasiyasının binası qarşısında etiraz aksiyası keçirir.

Trend-in çərşənbə axşamı Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları ölkənin Gömrük İttifaqına daxil olmaq barədə qərarından imtina olunmasını tələb edirlər.

Aksiya dinc şəraitdə keçir, polislə heç bir toqquşma qeydə alınmayıb.

Qeyd edək ki, sentyabrın 3-də Ermənistan və Rusiya prezidentləri arasında keçirilmiş danışıqlardan sonra rəsmi Yerevan Gömrük İttifaqına daxil olmaq niyyətini açıqlamışdı.

Bunadək isə Ermənistanın noyabrın 28-də Vilnüsdə Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayacağı gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti